Bağçalarda yeni inkişafetdirici layihə

27.10.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Paytaxtdakı məktəbəqədər təhsil müəssisələrində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Yaradaq, quraq!” layihəsi keçirilir. 

“Cebheinfo.az” xəbər verir ki, layihənin əsas məqsədi uşaqlarda yaradıcılıq bacarıqlarını inkişaf etdirmək, ətraf mühitə, tarixə, memarlıq sahəsinə maraq oyatmaq, komanda şəklində işləmək vərdişlərini formalaşdırmaq, milli-mənəvi dəyərlərimizi yaşatmaq və gələcək nəsillərə ötürməkdən ibarətdir.

Həmçinin uşaqlarda ekoloji mədəniyyətin və təbiətə sevgi hissinin formalaşdırılması, onların xəyal gücünün və yaradıcılıq potensialının üzə çıxarılması layihənin əsas hədəflərindəndir. Layihə “Sabahın yaşıl möcüzəsi”, “Balaca əllərin böyük ixtiraları”, “Tarixin naxışları” və “Xəyalımdakı şəhər” istiqamətləri üzrə təşkil olunur.

Layihə çərçivəsində məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqlar öz bacarıq və istedadlarını nümayiş etdirir, maraqlı fikirlər irəli sürür, yaradıcı fəaliyyətlərdə iştirak edir və gələcəyin böyük kəşflərinə doğru ilk addımlarını atırlar.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью