Bağçaların rus bölməsinə pul AYRILMADI

30.09.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər sosial şəbəkələrdə dövlət-özəl əməkdaşlığı çərçivəsində həyata keçirilən maliyyələşmə modeli əsasında bağçalara vəsait ayrılması ilə bağlı müzakirələr aparılır.

Belə ki, bəzi valideynlər bu layihə çərçivəsində rus bölməsinə vəsait ayrılmadığını bildirir. 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən idarə olunan yeni modelə əsasən, lisenziyalı özəl bağçalarda uşaqların təhsil haqqının 70%-i dövlət büdcəsi tərəfindən maliyyələşdirilir. Bu model çərçivəsində Bakı şəhəri üzrə aylıq 350 manatadək, regionlar üzrə isə aylıq 250 manatadək dövlət dəstəyi təmin edilir və qalan hissə valideyn tərəfindən ödənilir. 2026–2027-ci tədris ili üçün valideyn-dövlət-özəl əməkdaşlığı layihəsi çərçivəsində maliyyələşmə müsabiqəsindən cəmi 124 özəl bağça (məktəbəqədər təhsil müəssisəsi) qalib gələrək dövlət dəstəyi almaq hüququ qazanıb. Cari tədris ilində ümumilikdə 10 000 uşağın (əvvəlki müsabiqə mərhələsində planlaşdırılan 8 000 yer artırılaraq) bu model üzrə əhatə olunması nəzərdə tutulur. 

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Cebheinfo.az”-a bildirilib ki, dövlət-özəl əməkdaşlığı çərçivəsində həyata keçirilən maliyyələşmə modeli üzrə məktəbəqədər təhsil müəssisələrinə Azərbaycan bölməsi üzrə uşaqların cəlb edilməsi nəzərdə tutulub. 

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Bağçalar rus bölməsi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью