Bağçalarla bağlı önəmli məlumat

01.09.2025

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədi ilə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Metbuat.az-a bildirilib ki, qrupların komplektləşdirməsi prosesi 1-15 sentyabr tarixlərini əhatə edəcək.

Qeyd edək ki, komplektləşdirilmə prosesi yekunlaşdıqdan sonra isə uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.

Xatırladaq ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bq.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью