Bağçalı Azərbaycana dəvət olunub EKSKLÜZİV

31.10.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin baş müşaviri, partiyanın İdarə Heyətinin üzvü Esma Özdaşlı

Modern.az-a eksklüziv açıqlamasında partiya sədri Dövlət Bağçalının Azərbaycana dəvət olunduğunu bildirib.

O, qeyd edib ki, Bağçalının hazırkı iş qrafiki sıxdır. Bununla belə, Azərbaycana səfər dəvəti diqqətlə müzakirə olunub. Səfərlə bağlı yekun qərar veriləcək.

Söhbət zamanı Özdaşlı Bağçalının Azərbaycana dəstəyini də xüsusi vurğulayıb. O, Azərbaycan-Türkiyə dostluğunun sarsılmaz və toxunulmaz olduğunu, heç kimin bu münasibətlərə zərər verə bilməyəcəyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью