Bağdad metrosunun tikintisinə başlanacaq

27.05.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qahirə, 27 may, AZƏRTAC

Cari ilin sonunda İraqın paytaxtı Bağdad şəhərində metro şəbəkəsinin tikintisinə başlanacaq.

AZƏRTAC “Bağdadiyun” qəzetinə istinadla xəbər verir ki, bunu Baş nazirin investisiya layihələri üzrə müşaviri Məhəmməd əl-Nəccar deyib. Yerüstü və yeraltı olmaqla 3 xətdən ibarət olacaq metro layihəsi çərçivəsində artıq 250 ha torpaq sahəsinin ayrıldığı bildirilir.

Layihə üzrə birinci mərhələnin həyata keçirilməsinə cari ilin sonunda başlanacığını bildirən iraqlı müşavir ilkin olaraq bir xəttin tikiləcəyini, daha sonra qalan xətlərin inşa ediləcəyini diqqətə çatdırıb.

Qeyd olunur ki, bir neçə il bundan qabaq planlaşdırılan layihənin yenilənmiş dizaynları beynəlxalq məsləhətçi ilə əməkdaşlıq şəraitində hazırlanır.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью