Bağdad silahlılara sentyabrın 30 dək vaxt verdi

07.08.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İraqın ali siyasi rəhbərliyi ölkədə fəaliyyət göstərən qanunsuz silahlı qruplaşmalardan sentyabrın 30-dək silahı yerə qoymağı tələb edib, tərk-silah tələbinin yerinə yetirilməməsi terrorçuluq ittihamları ilə nəticələnəcək.

Bu barədə “The National” qəzeti məlumat yayıb. Müvafiq bəyanat hökumətə daxil olan şiə, sünni və kürd siyasi qüvvələrini birləşdirən Dövlət İdarəetmə Koalisiyasının iclasının yekunlarına əsasən qəbul edilib. Koalisiya hökumətin təhlükəsizliyin təmin edilməsi və silahlar üzərində dövlət inhisarının qorunub saxlanılması səylərini dəstəklədiyini təsdiqləyib. Bəyanatda həmçinin vurğulanır ki, İraq ərazisi qonşu ölkələrə hücumlar etmək və ya ölkəni onun maraqlarına cavab verməyən münaqişələrə cəlb etmək üçün istifadə olunmamalıdır. Hökumət silahlı birləşmələrin tərk-silah edilməsi üçün 30 sentyabrı son tarix kimi müəyyən edib. Bu tarix 2024-cü ildə Bağdad və Vaşinqton arasında imzalanmış sazişdə nəzərdə tutulan ABŞ qoşunlarının ölkədən çıxarılmasının başa çatma müddəti ilə üst-üstə düşür.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью