Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
İraqın paytaxtı Bağdadda naməlum şəxslər əcnəbi jurnalisti qaçırıblar.
Redaktor.az xəbər verir ki, bu barədə İraqın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ölkənin DİN-i jurnalistin hansı ölkənin vətəndaşı olduğunu açıqlamayıb. Bir şübhəli şəxs həbs edilib. Qurumdan əlavə ediblər ki, jurnalistin azad edilməsi üçün səylər göstərilir.
Xədicə BAXIŞLI