Bağdadda naməlum PUA atəşə tutuldu

28.04.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İraqın paytaxtı Bağdadda “Yaşıl Zona” üzərində uçan PUA-ya təhlükəsizlik qüvvələri tərəfindən atəş açılıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bildirilib ki, dron atəş açıldıqdan sonra ərazidən uzaqlaşıb. Hər hansı dağıntı və ya itkilər barədə informasiya yoxdur.

Uçan aparatın ərazidə müşahidə apardığı istisna edilmir.

Qeyd edək ki, “Yaşıl Zona”da hökumət binaları və diplomatik nümayəndəliklər yerləşir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью