Bağdadda yanğın: 50 nəfər öldü FOTO

17.07.2025

Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İraqda Bağdadın şəhərin cənubunda yerləşən Kut rayonunda ticarət mərkəzində güclü yanğın baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Vasit vilayətinin qubernatoru Məhəmməd Cəmil əl-Mayya bildirib.

Onun sözlərinə görə, yanğının səbəbi hələ tam məlum deyil və məsələ ilə bağlı araşdırma aparılır.

"Hadisə nəticəsində təxminən 50 nəfər həyatını itirib. Bölgədə üçgünlük matəm elan olunub", - qubernator qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью