“Bağdan”ın tomat pastaları kiflənib Foto

12.02.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bağdan” brendi ilə satışa çıxan tomat pastalarının kifləndiyi məlum olub.

Bu barədə Axar.az-a şirkətin məhsulundan istifadə edən alıcı məlumat və foto göndərib.

Onun sözlərinə görə, şirkətin 325 qramlıq bankada satışa çıxardığı və 2027-ci i 9 sentyabra qədər yararlılıq müddəti olduğunu qeyd etdiyi məhsulunu evdə açarkən onun kifləndiyi üzə çıxıb.

Məhsulun 9 sentyabr 2024-cü ildə istehsal edildiyi bildirilir. Əgər cəmi 5 aya məhsulda kiflənmə başlayıbsa, onun 2027-ci ilə qədər hansı hala düşəcəyini təsəvvür etmək olar.

Qeyd edək ki, məhsul “Araz” marketlər şəbəkəsindən alınıb və qiyməti 2 manat 29 qəpikdir.

“Bağdan” şirkətinə sorğu göndərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью