Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ötən gün axşam saatlarında paytaxtın Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.
Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
İlkin ehtimala görə yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsinin qabarit hündürlüyünü nəzərə almadığından “Bağırov” tunelindən keçə bilməyib.
Sürücü sağ kənar yola keçmək üçün təhlükəsizlik tədbirləri görmədən geriyə hərəkət edib, hərəkətdə olan minik avtomobillərindən biri isə arxa tərəfdən ona çırpılıb.