Bağırov və Hüseynova 3 oyunluq cəza

25.11.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın XII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

20.11.2026-cı il tarixində Misli Premyer Liqasında XII turun “Sumqayıt”– “Sabah” oyununun 33-cü dəqiqəsində “Sumqayıt” komandasının 55 nömrəli futbolçusu Lukas Blek ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);

21.11.2026-cı il tarixində Misli Premyer Liqasında XII turun “Şamaxı”– “Turan Tovuz” oyununun ilk hissəsi bitdikdən sonra “Şamaxı” komandasının məşqçisi Araz Bağırov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Şamaxı” komandası 8000 manat cərimə edilsin (maddə 52.3);

21.11.2026-cı il tarixində Misli Premyer Liqasında XII turun “Şamaxı”– “Turan Tovuz” oyununun ilk hissəsi bitdikdən sonra “Turan Tovuz” komandasının məşqçisi Yunis Hüseynov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Turan Tovuz” komandası 8000 manat cərimə edilsin (maddə 52.3);

21.11.2026-cı il tarixində Misli Premyer Liqasında XII turun “Şamaxı”– “Turan Tovuz” oyununun 75-ci dəqiqəsində “Turan Tovuz” komandasının 7 nömrəli futbolçusu Xorxe Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 3 oyun oyuna buraxılmasın, “Turan Tovuz” komandası 3000 manat cərimə edilsin. Sınaq müddəti 6 ay təyin edilsin (maddə 45.1, 19.2);

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью