Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.
İnsan orqanizmi bütün mövcudluğu dövründə ətraf mühitin təsirinə məruz qalır və bu təsirlər nəticəsində orqanizmə toksinlər, şlaklar, viruslar, infeksiyalar və zərərli maddələr yığılır.
Həmçinin düzgün qidalanmadıqda da orqanizm ona lazım olmayan maddələrlə yüklənir və son nəticədə orqanların fəaliyyətində problemlər yaranır.
Buna görə də orqanizmin vaxtaşırı təmizlənməsi sağlamlıq üçün profilaktik tədbir kimi olduqca vacib şərtlərdən biridir.
Bu üsulla orqanizmin təmizlənməsi prosedurunu həyata keçirmək üçün kefir və qarabaşaq unundan istifadə olunur.
Bir xörək qaşığı qarabaşaq yarması un halına düşənə qədər üyüdülür, yağlılıq dərəcəsi az olan 1 stəkan kefirə əlavə olunaraq qarışdırılır.
Bu qarışığı axşamlar hazırlamaq və bütün gecəni soyuducuda saxlamaq lazımdır.
Səhərlər acqarnına yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir.Qəbul etdikdən əvvəl qarışığı bir qədər isindirilməlidir. Kursun müddəti 14 gündür.