Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı ümumi cərrahiyyə uzmanı, Avropa “Board” imtahanını uğurla keçərək “FEBS Coloproctology” titulunu qazanmış yeganə azərbaycanlı həkim Dr.
İlqar İsmayılovdur. Müsahib həkim fəaliyyəti və onkoloji cərrahiyyə ilə bağlı sualları cavablandırıb.
“Qafqazinfo” müsahibəni təqdim edir: Arayış Ümumi cərrah Uzm. Dr. İlqar İsmayılov 2001-ci ildə Azərbaycan Tibb Universitetini (ATU) bitirib.
2007-2013-cü illərdə Türkiyədə Gülhanə Hərbi Tibb Akademiyasında (GATA) ümumi cərrahiyyə üzrə uzmanlıq təhsili alıb.
O, Avropa Kolorektal Cərrahlar Dərnəyinin, Türk Kolon və Rektum Cərrahiyyəsi Dərnəyinin, Türk Cərrahiyyə Dərnəyinin və Amerika Onkoloji Cərrahlar Dərnəyinin üzvüdür.
Hazırda Respublika Diaqnostika Mərkəzində çalışır. - Neçə ildir cərrah kimi fəaliyyət göstərirsiniz?
- 2001-ci ildə internaturanı bitirərək ümumi cərrahiyyə ixtisasına yiyələnmişəm. Artıq 24 ildirki, cərrah kimi fəaliyyət göstərirəm.