Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27.11.2026

Medicina saytına istinadən Icma.az xəbər verir.


Kolonoskopiya zamanı bağırsaqlarda aşkarlanan yara və iltihabi dəyişikliklər bir çox hallarda Kron xəstəliyi ilə əlaqələndirilir. Mütəxəssislər xəbərdarlıq edir: yaraların səbəbi dəqiq araşdırılmalı, Kron xəstəliyi digər patologiyalardan fərqləndirilməlidir.

Medicina.az xəbər verir ki, kron xəstəliyi həzm sisteminin xroniki iltihabi xəstəliyidir. Bağırsaqlarda yaranan xoralar, iltihab və digər dəyişikliklər onun əlamətləri sırasında yer alsa da, bu tapıntılar yalnız Kron xəstəliyinə xas deyil.

Bağırsaq yaraları hansı xəstəliklərlə əlaqəli ola bilər?

İnteqrativ Tibb Mütəxəssisi, qastroenteroloq Arzu Quliyevanın sözlərinə görə, bağırsaq vərəmi və bir sıra digər bağırsaq infeksiyaları Kron xəstəliyinə bənzər yaralar və iltihabi dəyişikliklərlə özünü göstərə bilər. Bəzi dərman preparatlarının qəbulu da nazik bağırsağın zədələnməsinə səbəb olur və Kron xəstəliyini xatırladan əlamətlər yaradır.

Bu səbəbdən kolonoskopiya zamanı bağırsaqda yara aşkarlandıqda yalnız Kron xəstəliyi deyil, oxşar dəyişikliklərə səbəb ola biləcək digər xəstəliklər də nəzərə alınmalıdır.

Kron xəstəliyinin diaqnozu necə dəqiqləşdirilir?

Xəstəliklərin bir-birindən fərqləndirilməsi üçün qan analizləri və digər müayinə üsullarından istifadə olunur. Lakin mütəxəssis qeyd edir ki, laborator və instrumental müayinələrin nəticələri hər zaman yekun diaqnoz üçün kifayət etmir.

Müayinə nəticələri pasiyentin klinik əlamətləri və xəstəlik tarixçəsi ilə birlikdə qiymətləndirilməlidir.

İnteqrativ tibb məhz bu baxımdan ənənəvi tibbdən fərqlənir. Belə ki, orqanizm bütün olaraq dəyərləndirilir və kök səbəbə uyğun, dəqiq diaqnoz əsasında biotənzimləyici preparatlar vasitəsilə inteqrativ müalicə həyata keçirilir.

Qastroenteroloq Arzu Quliyeva Kron xəstəliyinin digər bağırsaq xəstəliklərindən fərqləndirilməsində həkimin klinik təcrübəsi və müayinə nəticələrini düzgün şərh etməsinin əhəmiyyətinə diqqət çəkir.

İnteqrativ Tibb Mütəxəssisinin mövzu ilə əlaqədar izahını İnstagram linki vasitəsilə də izləyə bilərsiniz.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью