Bağırsaqdakı bakteriyalar yuxusuzluğa təsir edə bilər

05.08.2026

Icma.az, Medicina portalına istinadən məlumat yayır.


Alimlər bağırsaq mikrobiomu ilə yuxu problemləri arasında əlaqə aşkar ediblər. Yeni araşdırmalara görə, bağırsaqdakı bakteriyaların balansının pozulması yuxusuzluğun yaranmasında rol oynaya bilər.

Medicina.az xəbər verir ki, təhlildə 9 mindən çox insanın məlumatları araşdırılıb.

Nəticələr göstərib ki, yuxusuzluq yaşayan insanlarda bağırsaq bakteriyalarının müxtəlifliyi daha aşağı olur və faydalı bakteriyaların sayı azalır.

Mütəxəssislərin fikrincə, bağırsaq və beyin arasında əlaqə yuxu keyfiyyətinə təsir edə bilər. Bağırsaq mikrobiomundakı dəyişikliklər iltihab proseslərini artıra, stress hormonlarının səviyyəsinə və yuxu ritminə təsir göstərə bilər.

Xanım,

Medicina.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью