Bağışla məni yazıb özünü 12 ci mərtəbədən atdı HADİSƏ ANI

09.04.2025

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Rusiyanın Amur vilayətində kişi 12-ci mərtəbədən yıxılıb.

Lent.az yerli telegram kanallarına istinadla bildirir ki, hadisə Blaqoveşensk rayonunda baş verib. Naməlum şəxs özünü binanın 12-ci mərtəbəsində ataraq, intihar edib.

Məlumata görə, mərhumun cibindən “Bağışla məni” yazılmış qeyd və telefon nömrəsi tapılıb.

Sakinlər onun həmin evdə yaşamadığını deyirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью