Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bəzən valideynlər və ya digər yaxın qohumlar sahib olduqları əmlakı gələcəkdə uşağın mülkiyyətində saxlamaq məqsədilə ona bağışlamağı düşünürlər. Xüsusilə azyaşlı uşağa daşınmaz əmlak bağışlanarkən sonradan bu qərarın dəyişdirilib-dəyişdirilə bilməməsi və uşağın hüquqlarının necə qorunduğu maraq doğurur.
Maraqlıdır, kiminsə etirazı ilə sonradan bağışlanma dəyişə bilərmi?
Demokrat.az-a bu barədə açıqlama verən vəkil Ceyhun İsmayılov bildirib ki, bağışlama müqaviləsi birtərəfli əqddir.
Onun sözlərinə görə, bağışlama müqaviləsi də, digər müqavilələr və əqdlər kimi, məhkəmə qaydasında mübahisələndirilə bilər:
“Əgər bağışlama müqaviləsi hüquqdan sui-istifadə və ya hər hansı əmlak bölgüsündən yayınmaq məqsədilə bağlanıbsa, yəni onun ləğvi üçün əsaslar varsa, məhkəmə həmin bağışlama müqaviləsini mübahisələndirən tərəfin iddiası əsasında ləğv edə bilər. Əgər hər hansı sui-istifadə halı və ya digər neqativ niyyət yoxdursa, bağışlayan şəxs istənilən əmlakını digər bir şəxsə bağışlaya bilər”.
Vəkil əlavə edib ki, bəzən rəsmi nikahda olan tərəflər əmlak bölgüsündən yayınmaq məqsədilə əmlakı digər şəxsə bağışlayırlar:
“Və yaxud müəyyən məsuliyyətdən yayınmaq məqsədilə əmlaklarını bağışlayırlar. Bu hal məhkəmə qaydasında araşdırılarkən bağışlama müqaviləsinin sui-istifadə məqsədilə bağlandığı aşkar olunarsa, həmin müqavilə məhkəmə qaydasında ləğv edilə bilər”.
Fidan Hacızadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Maraqlıdır, kiminsə etirazı ilə sonradan bağışlanma dəyişə bilərmi?