Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
“Bağışlayın bizi, əziz balalar. Biz sizi belə Vətən xainləri – valideynlərə etibar etmişik”.
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova yazıb. Müğənni sosial şəbəkədə övladına dinə görə təzyiq göstərən valideynin videosunu yayımlayıb.
“Heyif, çox heyif. Hələ də gec deyil, əl-ələ verib sizi xilas edəcəyik. Bunları aparıb tullasınlar öz rəhbərlərinin qapısına. Tula kimi xidmət etsinlər onlara ömürlərinin axırına kimi. Vətən xainləri, cahillər” deyə, sənətçi əlavə edib.