Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Penitensiar müəssisələrdə saxlanılan şəxslərə narkotik vasitələrin ötürülməsi ilə bağlı daha iki cəhdin qarşısı alınıb.
Bu barədə "Yeni Sabah"a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Penitensiar xidmətin Əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qadağan olunmuş əşyaların müəssisələrə keçirilməsi cəhdləri aşkarlanıb. pizza mizza
Belə ki, 1 saylı cəzaçəkmə müəssisəsində məhkuma poçt vasitəsilə göndərilmiş bağlamaya baxış zamanı tərliklərin daban hissəsində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,543 qram qurudulmuş marixuana, 0,716 qram heroin və 0,567 qram metamfetamin aşkar edilib.
Həmçinin Bakı İstintaq Təcridxanasında həbs edilmiş şəxs üçün həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən geyimin üzərində xüsusi üsulla tikilərək gizlədilmiş 4 büküldə ümumilikdə 0,888 qram heroin aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.
Ədliyyə Nazirliyi bir daha vətəndaşların diqqətinə çatdırıb ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəb olur.