Bağlaması yolda olanların nəzərinə İyunun 1 dən qaydalar dəyişir

03.02.2026

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Dövlət Gömrük Komitəsi (DGK) xarici saytlardan alış-veriş edən və "Smart Customs" platformasından istifadə edən vətəndaşlara mühüm xəbərdarlıq edib. Artıq elektron ticarət bəyannamələrinin təqdim edilməsi qaydasında ciddi dəyişiklik edilir və vərdiş etdiyimiz bəzi giriş üsulları qüvvədən düşür.
Demokrat.az xəbər verir ki, rəsmi məlumata görə, 2026-cı il iyunun 1-dən etibarən "Smart Customs" mobil tətbiqi və "e.customs.gov.az" portalında şəxsiyyət vəsiqəsinin FİN nömrəsi və parolla "Elektron Ticarət Bəyannaməsi" xidmətinə daxil olmaq mümkün olmayacaq. Bu o deməkdir ki, bağlamalarını bəyan etmək istəyənlər mütləq şəkildə daha təhlükəsiz identifikasiya vasitələrindən istifadə etməli olacaqlar.
Gömrük orqanları vətəndaşlara indidən hazırlıqlı olmağı və bəyanetmə prosesində problem yaşamamaq üçün alternativ giriş üsullarına keçməyi tövsiyə edir. İyunun 1-dən sonra sistem yalnız "Asan İmza", "SİMA" rəqəmsal imzası və ya "MYGOV / QR" vasitəsilə müraciətləri qəbul edəcək. Xüsusilə "SİMA" rəqəmsal imzasının əldə edilməsinin pulsuz və mobil telefon üzərindən sürətli olduğunu nəzərə alsaq, istifadəçilərin bu keçidə uyğunlaşması üçün hələ kifayət qədər vaxtı var. Lakin son günü gözləmədən bu vasitələrdən birini aktivləşdirmək, gələcəkdə bağlamaların gömrükdə qalması riskini sıfıra endirə bilər. Görünən odur ki, qurum fərdi məlumatların təhlükəsizliyini daha yuxarı səviyyəyə qaldırmaqda qərarlıdır.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью