Bağlanan institutun tələbələri hara köçürüləcək?

24.09.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan Müəllimlər İnstitutunun tələbələri təhsillərini Naxçıvan Dövlət Universitetində davam etdirəcəklər.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev deyib.

Onun sözlərinə görə, Naxçıvan Müəllimlər İnstitutunun NDU-ya birləşdirilməsi ilə bağlı Elm və Təhsil Nazirliyində müəyyən prosedurların həyata keçirilməsi üçün müvafiq komissiya yaradılıb:

"Naxçıvan Müəllimlər İnstitutunun tələbələri və müəllimlərinin taleyi ilə bağlı heç bir sual yoxdur. Oradakı ixtisasların hamısı NDU-da tədris olunur. Tələbələr öz ixtisasları üzrə təhsillərini davam etdirəcəklər və NDU-nun diplomunu alacaqlar".

Rektor bildirib ki, yaxın günlərdə komissiyanın fəaliyyətinə dair məlumatlar mətbuata açıqlanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью