Bağlanan şirkətlə əlaqəm qalmayıb Sabiq deputat

21.04.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

"European Tobacco-Baku" ASC ləğv olunduğunu elan edib. Media şirkətin sahibi kimi VI çağırış Milli Məclisin deputatı olmuş Rüfət Quliyevi göstərib.

Modern.az bununla əlaqədar olaraq, sabiq deputatla əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Rüfət Quliyev bildirib ki, artıq 10 ildir ki, “European Tobacco” şirkəti ilə əlaqələri kəsib:

- “Europeon Tobacco”nun mənə aid olması ilə bağlı məlumat düzgün deyil. Artıq 10 ildir ki, mən orada çalışmıram, heç bir əlaqəm də yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью