Bağlanmış 2 bankın əmlakları satılır KONKRET

04.02.2025

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fevralın 6-da Bakı Hərrac Mərkəzi MMC-də ləğv prosesində olan Zamin Bank və Atabank ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

KONKRET.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Söhbət Zamin Banka məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, ev 11 ünvanındakı dəyəri 53 min manat olan 41,4 kv.metrlik mənzildən və “Atabank”a məxsus Şirvan şəhəri, Heydər Əliyev prospektindəki dəyəri 430 min manat olan 275,7 kv.metrlik əsas, 39 kv.metrlik köməkçi sahədən ibarət qeyri-yaşayış binasından gedir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью