Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... Şok | Icma.az
Icma.az bildirir, Teleqraf.com portalına istinadən. Sumqayıt şəhərində 1991-ci il təvəllüdlü Həsən yetkinlik yaşına çatmayan Faziləyə (adlar
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 20 sentyabr 2022-ci ildə Ceyranbatan bağlar massivində baş verib.
Həsən həmin gün saat 11 radələrində 2015-ci il təvəllüdlü Fazilənin köməksiz vəziyyətindən istifadə edərək, yəni azyaşlı olduğundan müqavimət göstərə bilməyəcəyini anlayaraq cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə onu intim hərəkətlərə məcbur edib.
İstintaq orqanı tərəfindən Həsənin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Həsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O, ifadəsində göstərib ki, evlidir, bir qızı var: “Mən fəhlə işləmişəm, uşağın atası Bəhlulu çoxdan tanıyıram.
Neçə illər onun xalası uşaqları ilə işləmişəm. Uşağım xəstə olub, onların evinə aparmışam, Bəhlulun anası dua yazıb.
Uşağı həmin gün mağazada siqaret alanda gördüm. Onu ittihamda deyilən yerdə görməmişəm. Özüm Sumqayıtda “Kimyaçılar” tərəfdə qalıram.
Tam oxu
Xəbəri oxu