Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 83 şəxs barəsində 61 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilib, bunlardan 6 şəxs barəsində 5 iş qəsdən adam öldürmə faktları ilə bağlı olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair geniş kollegiya iclasında bildirilib.
Kollegiya iclasında daxili işlər orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilməklə həmin işlər üzrə ibtidai istintaqın davam etdirildiyi xüsusi vurğulanıb.