Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"ABŞ nümayəndə heyəti gələn həftə İrəvana səfər edərək Ermənistan rəsmiləri ilə Zəngəzur dəhlizi üzrə qapalı danışıqlar aparacaq.
Bu layihənin Cənubi Qafqazda iqtisadi və geosiyasi dəyişikliklərə səbəb ola biləcəyi, həmçinin İranın regional roluna təsir göstərəcəyi bildirilir.
Məlumata görə, ABŞ-dən gələn nümayəndə heyəti Ermənistanın Sünik (Zəngəzur) bölgəsindən keçərək Azərbaycanı Naxçıvanla birləşdirəcək “Tramp dəhlizi” adlı marşrut layihəsini müzakirə edəcək.
Son həftələrdə bu istiqamətdə Amerikanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında saziş imzalanıb".
"Cebheinfo.az" xəbər verir ki, bunu " "Fars News" yazıb. Bildirilib ki, layihənin reallaşması regional kommunikasiya xəritəsini dəyişə, ABŞ
Saytın iddiasına əsasən, danışıqlar bağlı qapılar arxasında keçiriləcək.
Gündəliyə texniki və siyasi məsələlərlə yanaşı, sərmayələrin həcmi, icra prioritetləri və tikintiyə başlamaq qrafiki də daxil edilib.