Baha başa gəlsə də, çox evdə var Varikoz yarada bilər

06.02.2026

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Son illər Bakıda və bölgələrdə inşa olunan yeni mənzillərdə isti pol sistemlərinə üstünlük verilir. Xüsusilə qış aylarında rahatlıq yaradan bu istilik üsulu ilə bağlı cəmiyyətdə birmənalı fikir formalaşmayıb. Kimisi sağlamlıq üçün təhlükəli sayır, kimisi isə əksinə, daha komfortlu hesab edir.
Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı tikinti və istilik sistemləri üzrə texniki normalara baxdıqda maraqlı detallar üzə çıxır. Avropa standartlarında (EN 1264) yaşayış otaqlarında isti polun səth temperaturunun 26–28 dərəcədən, hamam otaqlarında isə 33 dərəcədən yuxarı olmaması tövsiyə edilir. Bu hədd aşılmadıqda sistemin insan sağlamlığına mənfi təsiri qeydə alınmayıb.
Radiatorlardan fərqli olaraq isti pol istiliyi aşağıdan yuxarı bərabər paylayır. Bu da otaq daxilində hava axınını azaldır. Aparılan müşahidələr göstərir ki, belə şəraitdə tozun qalxması və allergenlərin yayılması minimuma enir. Bu xüsusiyyət allergiyadan əziyyət çəkənlər üçün üstünlük sayılır.
İsti polun damar xəstəliklərinə təsiri ilə bağlı iddialar isə hələ də gündəmdədir. Tibbi araşdırmalarda isti polun varikozu birbaşa artırdığı təsdiqlənməyib. Bununla belə, bildirilir ki, uzun müddət normadan yüksək temperaturda işləyən sistem ayaqlarda ağırlıq və diskomfort hissi yarada bilər. Xüsusilə damar problemi olan şəxslər üçün temperatur nəzarəti vacibdir.
Elektriklə işləyən isti pol sistemləri ilə bağlı “radiasiya yayır” fikri də tez-tez səslənir. Enerji təhlükəsizliyi üzrə aparılan ölçmələrdə bu sistemlərin yaratdığı elektromaqnit sahənin adi məişət cihazları səviyyəsində olduğu müəyyən edilib.
Mövzu ilə bağlı rəy bildirən espertlərəsas təhlükənin isti polun özündə yox, düzgün quraşdırılmamasında olduğunu vurğulayırlar. Keyfiyyətsiz materiallar, zəif izolyasiya və termostatın olmaması həm sağlamlıq, həm də enerji sərfiyyatı baxımından problemlər yarada bilər.
Ümumilikdə faktlar göstərir ki, isti pol normaya uyğun qurulub düzgün istifadə edildikdə təhlükə mənbəyi sayılmır. Narahatlıqlar isə daha çox həddindən artıq istilik və texniki səhlənkarlıqdan doğur. Bu da məsuliyyətin seçimdən çox tətbiq mərhələsində olduğunu göstərir.
İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью