Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. “Heç vaxt yeni ili evdə qeyd etməmişəm.
Çünki hər il şənliklərdə, bayram şou proqramlarında oluram. Bu il də yəqin ki, belə olacaq.. Evdə yeməkləri anam hazırlayır.
Bayram günündə də, adi günlərdə də. Deyirəm ki, mama, saat 7-yə kimi yeməkləri hazır et ki, yeyim evdən çıxım.
Bir də gecə saat 2-də, 3-də gəlirəm. Yeni ili yollarda oluram” Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Mənzurə Musayeva deyib.
O daha sonra yeni il günü yarım saatı 10-12 min manata şou proqramlara gedən həmkarlarından danışıb: “O pulu verən var ki, gedirlər də.
Verməsələr getməzlər ki. Əslində yaxşı edirlər, hamısını restoran yeməyəcək ki, qoy bir az da müğənnilər yesin.
Baha getmək üçün soyunmaq lazımdır. Düz edirlər, səhnə onu tələb edir. Müğənnilərin açıq-saçıq geyinməklərinin tərəfdarıyam.
Bütün dünyada belədir, tək bizdə deyil. Mən onlar kimi istəsəm də bu yaşdan sonra ola bilmərəm.