Bahadur Rzayev yeni baş həkim təyin etdi

04.11.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının Xətai rayonunda yerləşən 7 saylı şəhər poliklinikasına yeni baş həkim təyin olunub.

Modern.az Ölkə.az-a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən, İcraçı direktorun müavini Bahadur Rzayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qələmzər Tağıyeva adıçəkilən tibb müəssisəsinin baş həkimi vəzifəsinə təyinat alıb.

O, əvvəllər 7 saylı poliklinikanın baş həkiminin müavini işləyib. Bu ilin iyulundan isə həm də baş həkimin səlahiyyətlərini müvəqqəti icra edirdi.

Xatırladaq ki, 7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərova bu ilin iyulunda vəzifəsindən azad olunub.

Qeyd edək ki, bu tibb müəssisəsi Bakının ən böyük poliklinikalarından biridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью