Icma.az, Cebheinfo saytına istinadən bildirir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi neft qiymətlərinin sürətlə artmasının əsas səbəbinin ABŞ olduğunu bildirib.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə İsmail Bəqayi sosial şəbəkədə paylaşım edib. Bəqayi beynəlxalq səviyyədə yanacağın bahalaşmasına görə İrana yönəlik ittihamları tənqid edib.
“ABŞ rəsmiləri yanacaq qiymətlərinin artmasında İranı günahlandırırlar. Sanki ictimaiyyətin yaddaşı o qədər qısadır ki, əslində təcavüzkar müharibəni kimin başlatdığını, Hörmüz boğazını bağlayan və ticarət gəmiçiliyini pozan böhrana kimin səbəb olduğunu unudub”,- deyə İran XİN sözçüsü qeyd edib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin