Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransada oktyabrın 17-də keçirilən etiraz aksiyaları kütləvi iğtişaşlarla müşayiət olunub.
Axşam.az xəbər verir ki, nümayişçilər iqtisadi böhranın həllini və sosial siyasətə yenidən baxılmasını tələb ediblər. Onlar qiymət artımlarına etiraz bildiriblər. Şagirdlər müəllim çatışmazlığına, sosial işçilər və məktəb psixoloqları üçün ştatların olmamasına etiraz ediblər.
Ölkə üzrə aksiyalarda 800 minə yaxın insanın iştirak etdiyi, azı 400 nəfərin saxlanıldığı bildirilir.
Etirazlar zamanı Paris, Lion və Marseldə polis ilə nümayişçilər arasında toqquşmalar baş verib. Bir sıra şəhərlərdə mağazalar qarət edilib, ticarət obyektlərinə ziyan vurulub.
Görüntülərdə də yer alıb ki, lüks və orta seqmentə aid mağazaların şüşələri sındırılıb, içəridəki məhsullar götürülüb. Hadisələr zamanı "Celine", "Louis Vuitton" (LV), "Dior", "Cartier", "Hermès", "Lacoste" və "Chanel" kimi məşhur brendlərin mağazalarının da hədəfə alındığı bildirilir. Belə ki, insanlar mağazaların şüşələrini sındıraraq, bahalı məhsulları götürüblər.
Fransa prezidenti Emmanuel Makron iğtişaşlarda iştirak edənlərin məsuliyyətə cəlb olunacağını açıqlayıb.