Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Özümü yaxşı hiss edirəm”
"Football-plus.az" xəbər verir ki, bunu MMA döyüşçüsü Nazim Sadıxov Bakıda təşkil olunan “UFC Döyüş Gecəsi”ndə ABŞ təmsilçisi Nikolas Mottanı nokautla məğlub etdikdən sonra mətbuat konfransında deyib.
O, döyüşdən əldə edəcəyi məvacib barədə söz açıb:
“Bu pulu xeyirli işlərə sərf etmək istəyirəm. Özümə, ailəmə və başqalarına xeyir vermək istəyirəm. Bahalı maşın üçün hələ hazır deyiləm”.
Sadıxov yüngül çəki dərəcəsinin çətin olduğunu söyləyib:
“Amma düşünürəm ki, TOP-10-da ola bilərəm”.