Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
İqlim dəyişikliyinin təhsil və səhiyyə sahələrinə təsiri vasitəsilə yaranan pozuntular dünyada uşaqlara, ailələrə və icmalara birbaşa təsir göstərir.
AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova COP29 çərçivəsində keçirilən “Uşaqlar və gənclərin iqlim fəallığı” mövzusunda yüksəksəviyyəli dəyirmi masada çıxışında deyib.
COP29-da aparılan müzakirələrin birgə həll yolları tapmaq üçün nadir fürsət olduğunu vurğulayan B.Muradova rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışaraq bildirib: “Fəaliyyətimiz uşaqların, ailələrin hüquqlarının və rifahının qorunmasına yönəlib.
Lakin iqlim dəyişikliyi bu vəzifəyə tamamilə yeni ölçü əlavə edir. Onun təsirləri təkcə ekoloji deyil, eləcə sosial xarakter daşıyır.
İqlim dəyişikliyinin təhsil və səhiyyə sahələrinə təsiri vasitəsilə yaranan pozuntular dünyada uşaqlara, ailələrə və icmalara birbaşa təsir göstərir.
Beləliklə, ətraf mühit təsirlərindən hərtərəfli qorunma təkcə gələcəyə sərmayə deyil, həm də Paris Sazişinin və Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərinə xidmət edir.
İnsan inkişafı işimizin mərkəzində durur və bu diqqət əhəmiyyəti iqlim dəyişikliyi qarşısında yalnız artır”.