Bahar Muradova: Seçim qarşısındayıq

08.06.2026

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Biz indi çox aydın bir seçim qarşısındayıq: Biz uşaqları rəqəmsal dünyanın risklərinə buraxırıq, yoxsa onları qoruyan sistem qururuq?”

Ölkə.az xəbər verir ki, bunu ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədri Bahar Muradova Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.

Komitə sdəri bildirib ki, bu gün müzakirə olunan sənəd ikinci yolun seçilməsidir. “Bu qanun uşaqların təhlükəsizliyini gücləndirəcək, ailələrin məsuliyyətini artıracaq, dövlətin informasiya təhlükəsizliyini  möhkəmləndirəcək və Azərbaycanın rəqəmsal    gələcəyini daha dayanıqlı edəcək”, - o vurğulayıb.

 Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью