Bahar Muradova Sumqayıtda vətəndaş qəbulu keçirəcək

03.07.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iyulun 10-da saat 11:00-da Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində vətəndaş qəbulu keçirəcək.

525.az-a bu barədə dövlət komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbulda Sumqayıt şəhəri və Qubadlı rayon sakinlərinin müraciətlərinə baxılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью