Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04.10.2026

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Bakı şəhərinin Suraxanı rayonunda yerləşən Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verməsi barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, hadisə ilə bağlı Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal əraziyə göndərilib.

Xilasedicilərin hadisə yerində apardığı ilkin qiymətləndirmə zamanı müəyyən olunub ki, tikilməkdə olan fərdi yaşayış evində beton plitələrin uçması nəticəsində iki nəfər dağıntı altında qalıb.

Əməliyyat nəticəsində 1966-cı il təvəllüdlü Xəlil Şərif oğlu Mehdiyev dağıntılar altından xüsusi xilasetmə vasitələrinin köməyi ilə sağ çıxarılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs aidiyyəti üzrə təhvil verilib. 1969-cu il təvəllüdlü Cəlil Şərif oğlu Mehdiyevin isə dağıntılar altından meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisənin səbəbləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью