Bahar tez gələrsə, allergiyası olanlar nə etməlidirlər?

21.03.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Bahar mövsümü erkən qədəm qoyarsa, allergiya xəstəliyi olanlar mənzillərini mövsümə əvvəlcədən hazır vəziyyətə gətirməlidirlər".

Oxu.Az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu rusiyalı allerqoloq-immunoloq Tatyana Saxarova deyib.

Onun sözlərinə görə, bu məqsədlə otaqlarda ümumi təmizlik işləri aparılmalı, pəncərələrdə toz əleyhinə torlar yerləşdirilməli, havanın təmizlənməsi funksiyası ilə kondisioner quraşdırılmalıdır:

"Çiçəkləmə mövsümündən öncə pəncərənin pərdələrini, mebellerin örtüklər, döşəküzü və yastıqları yuyun. Yaxşı olardı ki, xalçalar müvəqqəti olaraq yığışdırılsın və ya asan yuyulan kiçik xalçalarla əvəz edilsin".

T.Saxarova əlavə edib ki, çiçəklənmənin ən qızğın vaxtında mənzili hər gün tozsoran ilə təmizləmək lazımdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью