Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı ilə eşitmə məhdudiyyətlilər arasında futzal üzrə “Bahar turniri”nə start verilib.
İdman.biz xəbər verir ki, Bakı İdman Sarayında təşkil edilən açılış mərasimindən sonra 3 oyun keçirilib.
Turnirin ilk günündə qeydə alınan nəticələr:
Bakı – Azəri – 1:6
Zirvə - Şimşək – 3:3
Azəri – Ümid – 1:3
Qeyd edək ki, “Bahar turniri”nə mayın 21-də yekun vurulacaq.
İdman.biz