Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Baharın on yeddi anı" filmində rol alan latviyalı tanınmış kino aktyoru Pauls Butkeviç 86 yaşında vəfat edib.
Kult.az xəbər verir ki, bu barədə Latviya Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
1940-cı ildə anadan olan və 1960-cı illərdə aktyorluğa başlayan, 150-dən çox filmdə rol alan əfsanəvi aktyor son illər insult və infarktdan müalicə olunurdu.
O, Latviyanın Yekabpils şəhərindəki xəstəxanada vəfat edib.