Baidu Dubayda robot taksi xidmətini işə salacaq

31.03.2025

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif - Fərid İslamov - Banco.az

 Çin internet nəhəngi Baidu Inc., öz robot taksi xidməti olan Apollo Go-nu Yaxın Şərqə genişləndirir. Bu barədə MarketWatch, Baidu-nun mətbuat məlumatına istinadən xəbər verib.

2025-ci ilin sonuna qədər Dubayda tamamilə avtonom işləyən təxminən 100 Apollo Go avtomobili fəaliyyət göstərəcək. Şirkət 2028-ci ilə qədər Dubaydakı avtomobil parkını ən azı 1 minə çatdırmağı planlaşdırır.

MarketWatch qeyd edir ki, Apollo Go xidməti ilk dəfə olaraq materik Çindən və Honq-Konqdan kənardakı bazara çıxır.

Daha əvvəl, başqa bir Çin robot taksi operatoru olan WeRide, BƏƏ-də Uber Technologies Inc. ilə tərəfdaşlıq elan etmişdi. Şirkətlər, bu ilin ortalarına qədər Əbu-Dabidə ən azı 50 avtonom avtomobil təqdim etməyi planlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью