BAK sədri Qarabağda

17.08.2026

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədov Azərbaycanda olduğu müddətdə Qarabağ və Şərqi Zəngəzura səfər edib.
Newscenter.az xəbər verir ki, Konqres sədri azad edilmiş şəhər və rayonlarda olub, orada aparılan quruculuq-abadlıq işlərini yaxından izləyib.

Elsəvər Məmmədov Xankəndiyə də səfər edib, Qarabağ Universitetini, şəhərdəki Zəfər Parkını ziyarət edib.
"Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev və qəhrəman oğullarımızın sayəsində Qarabağımızı azad görmək qürurlu və fərəhlidir. Xaricdə yaşayan azərbaycanlılar üçünsə bu qürur və fərəhi sözlə ifadə etmək çətindir",-deyə Elsəvər Məmmədov vurğulayıb.

Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью