Tribuna saytına istinadən Icma.az xəbər verir. - + Ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas təsnifata əlavə edilib.
Tribunainfo.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev Nazirlər Kabinetinin ali təhsil pilləsi üzrə yeni qərarlarını şərh edərkən deyib.
O bildirib ki, “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları təsnifata əlavə olunub”.
“Eyni zamanda 9 ixtisasın adında dəyişiklik edilib”, – deyə o bildirib. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.