Bakalavriat səviyyəsinə 7 yeni ixtisas əlavə edilib

03.12.2024

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas təsnifata əlavə edilib.

APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev Nazirlər Kabinetinin ali təhsil pilləsi üzrə yeni qərarlarını şərh edərkən deyib.

O bildirib ki, “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları təsnifata əlavə olunub. Eyni zamanda 10 ixtisasın adında dəyişiklik edilib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью