Bakalavriat səviyyəsinə 7 yeni ixtisas əlavə edilib Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

03.12.2024

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas təsnifata əlavə edilib.

Bunu elm və təhsil nazirinin müavini İdris İsayev Nazirlər Kabinetinin ali təhsil pilləsi üzrə yeni qərarlarını şərh edərkən deyib.

O bildirib ki, "Riyaziyyat və fizika müəllimliyi”, "Data analitikası”, "Kənd təsərrüfatı texnologiyaları”, "Heyvandarlıq”, "Qidalanma və diyetologiya”, "Proqram təminatı mühəndisliyi” və "Qida texnologiyaları” ixtisasları təsnifata əlavə olunub".

"Eyni zamanda 9 ixtisasın adında dəyişiklik edilib", - deyə o bildirib.

Xatırladaq ki, Nazirlər Kabinetinin bugünkü qərarı ilə ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların yeni təsnifatı təsdiqlənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью