“Bakcell” “Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri”nə qoşulub | Icma.az
Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İnnovasiya və sürət lideri “Bakcell”, dünyaşöhrətli marketinq nəzəriyyəçisi Filip Kotlerin 100 ölkəni əhatə edən Müasir Marketinqin Əsasları (Essentials of Modern Marketing) qlobal təşəbbüsünə qatılıb.
Qısa zamanda dünya və Azərbaycan oxucularına təqdim olunacaq kitabda ölkənin aparıcı şirkətlərinin uğur hekayələri yer alacaq.
“Kotler Impact” tərəfindən idarə olunan qlobal layihədə təqdim olunan kitab silsiləsi hər bir ölkəyə özəl yanaşma ilə hazırlanaraq yerli bizneslərin uğurlarını qlobal marketinq prinsipləri ilə birləşdirir.
Layihə çərçivəsində artıq 25-dən çox ölkənin, o cümlədən Avropa ölkələri, Braziliya, Hindistan, Pakistan, Türkiyə və s.
bazarları haqqında nəşr edilən kitablar oxucuların böyük marağına səbəb olub.
Azərbaycan nəşri ölkəmizin biznes mühitini beynəlxalq səviyyədə tanıtmağa, o cümlədən yerli marketinq mütəxəssislərinə qlobal təcrübədən yararlanmaq imkanı verəcək.
“Bakcell” bu layihəyə dəstək verməklə Azərbaycanın və regionun innovativ marketinq yanaşmalarının inkişafına töhfə verməyi hədəfləyir.
Tam oxu
Xəbəri oxu