Bakı 2026cı ildə daha bir nüfuzlu tədbirə ev sahibliyi edəcək

12.12.2024

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

2026-cı il may ayında Bakı Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək.
Bizim.Media xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu COP-dan sonra BMT-nin ikinci ən böyük tədbiridir:


“Dünya Şəhərsalma Forumu dünyanın bu sahədə ən nəhəng beynəlxalq tədbiridir. 2 ildən bir keçirilir. Hazırda BMT -nin ixtisaslaşmış təşkilatı ilə sıx iş aparılır. Həm tədbirin təşkili, proqramı və iştirakçılarla bağlı ilkin hazırlıq işləri gedir”.
Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью