Bakı Abadlıq Xidməti Qarabağda

12.10.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən həftəsonu Xocalının Sənətkarlar məhəlləsində əsl qələbəlik olub.

525.az xəbər verir ki, Xankəndi, Xocalı və Şuşada yaşayan uşaqlar və yeniyetmələr, həmçinin xanımlar üçün iki fərqli istiqamətdə master-klaslar keçirilib.

Yeni çağ süni zəka, İT texnologiyalar dövrüdür. Sənət seçəndə də, gələcək üçün planlar quranda da gənclər artıq yeni çağırışlara, yeni imkanlara daha çox önəm verirlər.  Bakı Abadlıq Xidmətinin uğurlu layihələrindən biri olan AzeRobot education-ın keçirdiyi master-klaslar da bir məqsədə xidmət edib - yeni texnologiyaları yeni nəsil üçün daha əlçatan etmək, uşaqları məhz bu istiqamətə yönəltmək, inkişaf üçün həvəs və motivasiya yaratmaq.

AzeRobot education layihəsinin rəhbəri İmamir Mirzoyevanın dediyinə görə, master-klaslarda 90-dan çox uşaq iştirak edib. Hər yaş qrupuna öz maraqlarına uyğun təlimlər keçilriib,  robototexnika, proqramlaşdırma və mühəndislik üzrə  maraqlı bilgilər verilib. Xatırladaq ki, AzeRobot education-ın Xocalı filialında mütəmadi belə təlimlərin keçirilməsi xüsusi fərqlənən uşaqların üzə çıxarılması üçün gözəl fürsətdir. Bu minvalla Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcək heyətdə qarabağlı gənclərin də yer alacağı istisna olunmur.

Bakı Abadlıq Xidmətinin digər layihəsi olan «Sariban» Peşə İnkişaf Mərkəzinin Xocalı filialında isə xanımlar üçün təlim keçirilib. Bakıdan gedən peşəkarlar Xocalılı xanımlara dəri üzərində işləmə sənətinin incəliklərini öyrədiblər. Mərkəzin rəbəri İntizar Rzayevanın fikrincə,  təlimlərə qatılan  xanımlar bu sənətə xüsusi maraq göstəriblər. Yeni bacarıqlara yiyələnən xanımlar özləri də sənət nümunələri yaradıblar. Xanımlar bu peşəyə yiyələnsələr öz xırda bizneslərini də qura biləcəklər. Bu master-klas qadınların yaradıcı potensialının üzə çıxarılmasına və sənətkarlıq sahəsində məşğulluq imkanlarının genişlənməsinə yardım edəcək.

Bakı Abadlıq Xidmətinin dəstəyilə keçirilən hər iki master-klas bu gerçəyi bir daha təsdiqləyir - Qarabağa qayıdan sakinlər qətiyyən paytaxtdan uzaq düşməyiblər. Bakıda fərdi inkişaf üçün yaradılan bütün imkanlar, bütün şərtlər Qarabağda da əlçatandır. Əsas odur, yurdun insanının işə həvəsi, marağı, sevgisi olsun.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью