Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?
Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərdə tutulur. Məlumata görə, məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçirilən iclasında müzakirə olunub və 2026-cı ilin payız sessiyası üçün iş planına daxil edilib.
Bu qərar yalnız parlamentlərarası münasibətlərin texniki genişləndirilməsi kimi qiymətləndirilmir. ABŞ-də xarici siyasətlə bağlı mühüm qərarların formalaşmasında Konqresin xüsusi çəkisi nəzərə alınarsa, Milli Məclisin bu istiqamətdə fəallaşması Bakı üçün Vaşinqtondakı siyasi dairələrlə birbaşa təmasların gücləndirilməsi baxımından mühüm addımdır.
Burada Azərbaycan üçün uzun illərdir problem olaraq qalan "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişi məsələsi də xüsusi diqqət çəkir. Sözügedən düzəliş Azərbaycana birbaşa yardım göstərilməsinə məhdudiyyətlər nəzərdə tutur və onun tamamilə aradan qaldırılması məsələsi uzun müddətdir Bakının ABŞ ilə gündəmindədir. İndiyədək ABŞ administrasiyası tərəfindən 907-ci düzəlişin tətbiqindən imtina edilməsi mümkün olsa da, onun özünün qanunvericilikdən çıxarılması məsələsində Konqres amili həlledici olaraq qalır.
Bu baxımdan Milli Məclisin ABŞ Konqresi ilə əlaqələri gücləndirmək niyyəti Bakının Vaşinqtondakı qanunverici dairələrlə işini daha sistemli müstəviyə keçirmək istəyindən xəbər verə bilər. Məqsəd yalnız mövcud münasibətləri izah etmək deyil, Azərbaycanın maraqlarının Konqresdə daha yaxşı çatdırılması, ölkəyə qarşı köhnə məhdudiyyətlərin aradan qaldırılması və ikitərəfli münasibətlərin yeni siyasi reallıqlara uyğunlaşdırılması ola bilər.
Xüsusilə Azərbaycan-ABŞ münasibətlərinin əvvəlki stereotiplərdən kənara çıxaraq yeni geosiyasi reallıqlar fonunda qurulduğu bir vaxtda Konqreslə əlaqələrin genişləndirilməsi Bakının Vaşinqtonda siyasi dəstək bazasını möhkəmləndirmək cəhdi kimi də diqqət çəkir.
Başqa sözlə, Bakı ABŞ administrasiyası ilə yanaşı Konqresdə də Azərbaycanla bağlı mövqelərin dəyişdirilməsinə çalışır. 907-ci düzəlişin gündəmdən çıxarılması isə bu istiqamətdə ən mühüm siyasi məsələlərdən biri olaraq qalır.
“Yeni Müsavat”a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə ABŞ Konqresi ilə əlaqələri inkişaf etdirməyi vacib hesab edir. Onun sözlərinə görə, Konqresdə erməni lobbisinin təsiri güclüdür və elə bu səbəbdən ABŞ-nin qanunverici orqanı ilə münasibətləri dərinləşdirmək lazımdır. Hüquqşünasın fikrincə, təkcə 907-ci düzəliş deyil, Konqresdə irəli sürülən bəzi anti-Azərbaycan qətnamələri, qanun layihələri olur, onların da keçməsinin qarşısını almaq üçün əlaqələri genişləndirməliyik.
Milli Məclisin planlarını düzgün qiymətləndirən Çingiz Qənizadə çox iş görməli olduğumuzu düşünür: “ABŞ Konqresinə keçirilən aralıq seçkilərinin nəticələri bu nöqteyi-nəzərdən çox əhəmiyyətlidir. Yəqin ki, Azərbaycan seçkilərdən sonra Konqreslə əlaqələri inkişaf etdirməyi nəzərdə tutur. Hazırda gözləmək məcburiyyətindəyik. Çünki seçkilərin nəticələrini bilmək vacibdir. Ümid edirəm ki, Respublikaçılar üstünlüyünü qoruyub saxlayacaq. Bundan sonra Milli Məclis Konqreslə münasibətləri yaxşılaşdırmaq istiqamətində addımlar atacaq”.
Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır - AZƏRTAC
Çingiz Qənizadə erməni lobbisinin təbliğatını təsirli sayır: “907-ci düzəliş ona görə qəbul olunub ki, guya ermənilər Qarabağda blokada şəraitində saxlanıb. Bu gün də eyni saxta təbliğat gedir ki, 2023-cü ilin yazında keçmiş Laçın dəhlizini bağlamışıq və ermənilər blokada şəraitində qalıb, sonra da antiterror əməliyyatı ilə guya etnik təmizləmə aparılıb. Anti-Azərbaycan dairələr indi də bu yalanı aşılayır və bəzi konqresmenlər də bu oyunda iştirak edirlər. Ona görə də bədnam qanunun ləğvi üçün çox böyük iş görülməsinə ehtiyac var. Azərbaycan diaspor və lobbisinin də üzərinə ağır yük düşür. Yəni təkcə Konqreslə əlaqələri yaxşılaşdırmaq yetərli deyil”.
Hüquq müdafiəçisinin gözləntisi odur ki, iki qanunverici orqan arasında məsləhətləşmələr ola bilər: “Amma nəzərə alaq ki, hər şeyin istədiyimiz şəkildə reallaşması asan deyil. Konqresdə Demokratlar arasında erməni lobbisi ilə əməkdaşlıq edənlər çoxdur. Onlar erməni lobbisinin maraqlarını ifadə edirlər. Bu baxımdan, hər zaman Azərbaycanın əleyhinə olan məsələlərdə iştirak edirlər. Bu səbəbdən də, 907-ci düzəlişlə bağlı ciddi müqavimət göstərilməsi gözləniləndir. Halbuki bu sənədin heç bir əhəmiyyəti qalmayıb. ABŞ Konqresi Azərbaycanla əlaqələrin vacibliyini 907-ci aktdan üstün tutmalıdır. Sadəcə, bəzi qüvvələr məqsədli şəkildə qanunun ləğvinə qarşı çıxırlar. Çünki Azərbaycanın xeyrinə qərar qəbul olunmasını istəmirlər. Bununla belə, mən cənab Prezidentin ABŞ administrasiyası ilə əlaqələrdə məharətli siyasətinə inanıram və güman edirəm ki, Tramp hakimiyyəti, Respublikaçılar bu əlaqələri dəyərləndirərək Konqresdə tarixi qərarın qəbuluna müvəffəq olacaqlar”.
Xatırladaq ki, “Azadlığa Dəstək Aktı” SSRİ-nin dağılmasından sonra Rusiya və müstəqil olmuş digər postsovet ölkələrində demokratik idarəetmə və azad bazar iqtisadiyyatının formalaşdırılmasına yardım etməyi nəzərdə tutur. Sonrakı illər bura humanitar, təhlükəsizlik və terrorizmlə mübarizə istiqamətləri də əlavə olunub.
Təəssüflər olsun ki, elə həmin il Konqres akta Azərbaycanı yardım alan ölkələr siyahısından çıxarmağı nəzərdə tutan 907-ci düzəlişi əlavə edib. Bu düzəliş ABŞ hökumətinin Azərbaycan hökumətinə, həmçinin yerli özünüidarəetmə qurumlarına birbaşa yardımını qadağan edir. Düzəlişin ortaya çıxmasına, qəbul olunmasına səbəb isə inandırıcı olmayan bir arqument göstərilib.
Guya ki, Azərbaycan hökuməti Qarabağda yaşayan erməniləri blokadada saxlayır. Heç bir əsaslı səbəb olmadan qəbul edilən 907-ci düzəliş 1992-ci ildən 2002-ci ilə qədər Azərbaycana ABŞ-dən birbaşa yardımın göstərilməsinin qarşısını alıb.
Hazırda 907-ci düzəlişin ləğv edilməsi istiqamətində Konqresin özündə də müəyyən işlər aparılır. ABŞ Konqresinin üzvü Anna Paulina Luna bildirib ki, Azərbaycana verilən hərbi və maliyyə yardımlarını məhdudlaşdıran 907-ci düzəlişin tamamilə ləğv olunması vacibdir. Bu məqsədlə qanun layihəsini Nümayəndələr Palatasına təqdim edib. Qeyd edək ki, artıq bu barədə Konqresin saytında da məlumat yerləşdirilib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərdə tutulur. Məlumata görə, məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçirilən iclasında müzakirə olunub və 2026-cı ilin payız sessiyası üçün iş planına daxil edilib.