Bakı aeroportunda dünya çempionunun çantasında sursat aşkarlandı

13.11.2026

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az Xitab24.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələri nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinən S.Bəşirov 5 il 6 ay müddətinə azadlıqda məhrum edilsə də, 1 il sınaq müddəti təyin olunmaqla onun cəzası şərti sayılıb.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında sözügedən şəxsin əl yüklərinə stasionar rentgen qurğusunda keçirilən baxış zamanı monitorda şübhəli cizgilər müşahidə olunub. Daha sonra aparılan yoxlama nəticəsində əl yükündəki ayaqqabının içərisində gizlədilən 11 ədəd patron aşkar edilib.

Ekspertiza tədqiqatı nəticəsində patronların zavod üsulu ilə istehsal edilən 9x18 mm kalibrli, atəşə yararlı döyüş sursatları olduğu müəyyənləşdirilib.

Samit məhkəmədə güllələrin şəxsinə aid olmadığını, Moskvada tanımadığı bir nəfər tərəfindən Bakıya göndərilməsi üçün ona qutu verildiyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью